İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN başçısının müavini: ABŞ vurduğu ziyana görə təzminat ödəməlidir

ABŞ müharibə zamanı İrana vurduğu ziyana görə təzminat ödəməlidir.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İŞlər Naziriyi Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, xarici işlər nazirinin müavini Səid Xətibzadə “Əl-Məyadin”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton İran obyektlərinə vurduğu ziyana görə təzminat ödəməlidir və Tehran bu barədə BMT-yə şikayət edəcək.

Nazir müavini deyib ki, İrana qarşı istənilən təcavüzə cavab veriləcək və rəsmi Tehran buna tam hazırdır.

S.Xətibzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin məsuliyyətə cəlb edilməsininin də zəruri olduğunu vurğulayıb:

“O bu münaqişənin qızışdırılmasında təəssüf doğuran rol oynayıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR