Onlayn ictimai-siyasi qəzet
İranın Nətənz şəhəri yaxınlığında yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması faciə ilə nəticələnib.
Musavat.com xəbər verir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, həm ölən, həm də yaralanan şəxslərin Əfqanıstan vətəndaşları olduğu bildirilir. Yaralılar dərhal yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Musavat.com
10 Iyun 2025
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ