Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyəti müxalif “İran Xalqının Mücahidlər Təşkilatı” (OMİN) adlı qruplaşmanın iki üzvünü edam edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Young Journalists Club" agentliyi yayıb.
Məlumata görə, ölüm hökmü bazar günü səhər saatlarında icra olunub. Edam olunan şəxslərin adları və ittiham detalları açıqlanmayıb.
Sözügedən təşkilat İran hakimiyyəti tərəfindən terrorçu elan olunub və uzun illərdir ölkə daxilində qadağan edilmiş statusdadır. Tehran müxalif “Mücahidlər” hərəkatını xaricdən yönləndirilən və sistemə qarşı silahlı fəaliyyət göstərən qurum kimi təqdim edir.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ