Onlayn ictimai-siyasi qəzet
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumata əsasən, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ