Onlayn ictimai-siyasi qəzet
Raket hücumlarından sonra Tehranı tərk edənlər Türkiyə sərhədinə axışır
Musavat.com xəbər verir ki, İsrailin Tehrana endirdiyi raket zərbələrindən sonra paytaxtda genişmiqyaslı panika yaşanıb. Yerli mənbələrin məlumatına görə, minlərlə insan şəhəri tərk edərək Türkiyə sərhədinə yaxın bölgələrə doğru hərəkətə başlayıb.
Türkiyə mediası yazır ki, hücumlar davam edərsə, yaxın günlərdə milyonlarla iranlının sığınacaq məqsədilə Türkiyəyə üz tutması mümkündür. Hazırda sərhədə yaxın ərazilərdə vəziyyət gərgin olaraq qalır.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ