İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Bakıya birbaşa təyyarə uçdu: 50 dəqiqəyə Azərbaycana görün kim gəldi - FOTO

Musavat.com xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıya gəlib. Rəsmi məlumatlara görə, İrəvandan qalxan təyyarə 50 dəqiqəlik uçuşdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Səfərin məqsədi Bakıda keçiriləcək III beynəlxalq Təhlükəsizlik Forumunda iştirakla bağlıdır. Əvvəlcədən xəbər verdiyimiz kimi, Forum 19–21 sentyabr tarixlərində təşkil olunub və əsas mövzular dövlətlərarası təhlükəsizlik qurumlarının əməkdaşlığı, humanitar böhranların qarşısının alınması, silahlı münaqişələr və terror təhlükələri ilə mübarizədir.

Məlumata görə, Simonyan və onu müşayiət edən nümayəndə heyəti Bakıda üç gün qalacaq. Səfərin 21 sentyabrda başa çatacağı gözlənilir. Onların forum çərçivəsində müxtəlif beynəlxalq tərəfdaşlarla görüşlər keçirəcəkləri də bildirilir.

Qeyd edək ki, Simonyanı Bakıya gətirən təyyarənin Gulfstream G450 tipli xüsusi jet olduğu açıqlanıb. Təyyarə 19 sebtyabrda, Bakı vaxtı ilə 20:12-də Heydər Əliyev hava limanına enib.

Ekspertlərin fikrincə, bu səfər Ermənistan və Azərbaycan arasında diplomatik və təhlükəsizlik dialoqunun davamı kimi qiymətləndirilir. Regionda sülhün möhkəmlənməsi, sərhəd əməkdaşlığı və qarşılıqlı etimadın artırılması baxımından səfərin simvolik və praktik əhəmiyyəti olduğu vurğulanır.

Bu həm də 37 ildən artıq bir müddət üçün bir ilk sayılır.

Musavat.com

d2f27715-f184-40c8-acec-894a9380b50d.jpg (46 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR