Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan iyulun 24-də yerli jurnalistlərə açıqlamasında bildirib ki, heç vaxt konstitusiya dəyişikliyi və ya yeni konstitusiyanın qəbul olunmasının seçkilərə qədər referendum yolu ilə həyata keçiriləcəyi deyilməyib.
Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb.
“Mən həmişə demişəm ki, Konstitusiyanın yeni mətninin 2026-cı il seçkilərinə qədər hazır olması üçün əlimizdən gələni etməliyik.Yeni konstitusiya üzərində işlərin və ya konstitusiyaya dəyişikliklərin nə vaxt başlaması ilə bağlı suala dəfələrlə cavab vermişəm və tarixi səhifələri vərəqləyəndə ictimaiyyət də əmin olub ki, bu, inqilabdan dərhal sonra baş verib. Konstitusiya dəyişikliklərini hansısa xarici faktorla əlaqələndirmək düzgün deyil. Bu, bizim daxili məsələmizdir, yeni konstitusiyaya ehtiyac olub-olmamasına xalqımız özü qərar verəcək”, - Qalyan bildirib.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ