İnsanlara hürriyət, millətlərə istiqlal!

İrlandiya Ukraynaya qoşun göndərməyə hazırdır

İrlandiyanın baş naziri Micheal Martin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Musavat.com baş nazir ofisinin açıqlamasına istinadən xəbər verir ki, o, Dublinin Ukraynada sülhməramlı missiyada iştirak etməyə hazır olduğunu bildirib.

Baş nazirin fikirləri ofisin açıqlamasında yer alıb: "Mən Zelenskinini əmin etdim ki, İrlandiya "istəklilər koalisiyası"nın işini, o cümlədən qeyri-öldürücü hərbi yardım və BMT Nizamnaməsinə uyğun olaraq müvafiq mandatla istənilən sülhməramlı missiyada iştiraka açıqlığımız vasitəsilə dəstəkləməyə hazırdır".

O, həmçinin vurğulayıb ki, İrlandiya “Ukraynanın Aİ-yə üzvlük istiqamətində irəliləyişini dəstəkləmək üçün tərəfdaşlarla işləməyə davam edəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR