İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamına məxsus fermada GÜCLÜ YANĞIN

Lənkəranda iş adamına məxsus ferma yanıb.

"Report"un cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR