İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD Yaxın Şərqdə yenidən fəallaşır – yüzlərlə terrorçu hərəkətə keçdi

2019-cu ildə darmadağın edilən İŞİD terror təşkilatı Yaxın Şərqdə yenidən güc toplamağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Suriyada və İraqda təşkilatın “yatmış hüceyrələri” aktivləşdirilir, silah və döyüşçü cəlbetmə kanalları bərpa olunur. Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında İŞİD Suriyada azı 38 hücuma görə məsuliyyəti öz üzərinə götürüb, İraqda isə terrorçuların yenidən fəallaşmaq cəhdləri müşahidə olunub.

Hazırda regionda 1,5–3 minədək silahlı İŞİD üzvünün fəaliyyət göstərdiyi ehtimal olunur. Bununla yanaşı, Suriyadakı düşərgələrdə və həbsxanalarda 9 minə yaxın İŞİD döyüşçüsü və onların ailə üzvləri qalır.

Təhlükəsizlik ekspertləri bu fəallığın bölgədə yeni təhlükə dalğasına yol aça biləcəyini istisna etmir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR