Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk İspaniya La Liqasından təklif alıb.
Milli.Az bildirir ki, Ukrayna mətbuatı 25 yaşlı vingerə maraq göstərən klubun adını açıqlayıb.
"Xsport.ua" saytı bildirir ki, La Liqa təmsilçisi "Valyadolid" ukraynalı yarımmüdafiəçini icarəyə götürmək istəyib. Lakin "Qarabağ" bu təklifə müsbət cavab verməyib.
Xatırladaq ki, Aleksey Kaşuk keçən mövsüm "Qarabağ"ın heyətində 39 rəsmi oyunda iştirak edərək 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ