İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Baş nazirinin təyyarə komandiri vəzifədən uzaqlaşdırılır – səbəb

İsrail Baş nazirinin rəsmi təyyarəsinin komandiri Eytan Liel iki il xidmət etdikdən sonra vəzifədən azad ediləcəyi ilə bağlı bildiriş alıb.

Musavat.com xəbər verir ki, bu qərar Lielin fəaliyyəti ilə bağlı daha əvvəl aldığı yüksək qiymətlərə baxmayaraq verilib. Məlumata görə, qərarın səbəbi onun son ABŞ səfəri zamanı xidmətində yaranan narazılıqlardır. Baş nazirin ofisi məhz həmin səfərdən sonra Lielin işindən razı qalmadığını bildirib.

Məsələ ilə bağlı məlumatlı mənbələr qeyd edirlər ki, Liel təyyarə ilə bağlı xərclərin idarə olunması məsələsində baş nazirin ofisi ilə, xüsusilə də icraçı direktor vəzifəsini icra edən Drorit Ştaynmetslə fikir ayrılığı yaşayırdı. Onlar arasında bu məsələ ilə bağlı dəfələrlə gərginlik yaranıb.

Baş nazirin ofisindən isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR