İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail bütün Avrasiyanı “yoxlama” mərhələsinə çıxarıb – türk tədqiqatçıdan sensasion iddia  

İsrail və İran arasında mövcud qarşıdurma təkcə regional hadisə deyil, həm də Avrasiya miqyasında böyük strateji manevrin bir hissəsidir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən İran Araşdırmaları Mərkəzinin tədqiqatçısı Ural Tua GZT telekanalı üçün hazırladığı analitik materialda bildirib.

Onun sözlərinə görə, İsrailin fəaliyyəti yalnız Yaxın Şərq gündəliyi ilə məhdudlaşmır, həm də Yunanıstandan Hindistana qədər uzanan “geopolitik qırılma xətti” üzərində Şərqi Aralıq dənizi, Fars körfəzi və Cənubi Asiyanı əhatə edən geniş kontekstdə həyata keçirilir.

Tua iddia edir ki, İsrailin İranla münaqişə çərçivəsində endirdiyi zərbələr “sınaq xarakterlidir” – bu, təkcə Tehranın möhkəmliyini deyil, bütövlükdə regiondakı tarazlığın davamlılığını yoxlamağa yönəlib.

Ekspert xüsusi olaraq Pakistanı diqqət mərkəzinə gətirərək bildirir ki, strateji baxımdan həssas Belucistan bölgəsi böyük dövlətlərin maraqlarının toqquşduğu və mühüm nəqliyyat-enerji marşrutlarının keçdiyi ərazidir.

“Biz növbəti geosiyasi parçalanma ilə üz-üzəyik”, – deyə Tua vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR