İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Dəməşqdə Prezident Sarayını və Baş Qərargahı bombaladı – Türkiyə Əhməd əl-Şaraadan oranı tərk etməsini tələb edib - VİDEO

İsrail hərbi-hava qüvvələri Suriyanın paytaxtı Dəməşqə növbəti ağır zərbələr endirib.

Musavat.com xəbər verir ki, hədəflər arasında Prezident Sarayının kompleksi və Suriya Silahlı Qüvvələrinin Baş Qərargah binası da olub.

Sosial şəbəkələrdə və ərəb mediasında hadisə yerindən yayılan videolarda Prezident Sarayı ərazisində partlayış dalğası və tüstü buludları aydın görünür. İsrail mediası isə iddia edir ki, hücum İranın Suriyadakı hərbi mövqelərinə qarşı geniş əməliyyatların tərkib hissəsidir.

Eyni zamanda Suriyanın “Ehtemlat” nəşri xəbər verir ki, Türkiyə dövləti Suriya prezidenti Əhməd əl-Şaraadan Prezident Sarayının ərazisini dərhal tərk etməsini tələb edib. Lakin məlumatlara görə, Suriya dövlət başçısı bu tələbi yerinə yetirməkdən imtina edib.

Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir. Yerli mənbələr əlavə partlayış səslərinin eşidildiyini, Dəməşqin bəzi rayonlarında elektrik xətlərinin zədələndiyini və rabitədə problemlərin yarandığını bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR