İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: İsrail İranda əməliyyata HAZIRDIR – Tehranın cavabı BELƏ OLACAQ

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə tam hazır olduğuna dair məlumat alıblar.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın CBS telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin sözlərinə görə, "ABŞ rəsmilərinə bildirilib ki, İsrail İran İslam Respublikasına qarşı əməliyyata başlamağa tam şəkildə hazırdır". Lakin bu məlumatın ABŞ tərəfinə hansı mənbədən ötürüldüyü açıqlanmayıb.

CBS-in saytında qeyd olunur ki, Vaşinqton Tehranın cavab olaraq İraqda yerləşən bəzi Amerika obyektlərinə zərbə endirə biləcəyini gözləyir.

Bu səbəbdən ABŞ hökuməti bir müddət əvvəl bəzi amerikalılara regionu tərk etməyi tövsiyə edib. Dövlət Departamenti isə İraqda fəaliyyət göstərən ikinci dərəcəli dövlət rəsmilərinə ölkəni tərk etmələri barədə göstəriş verib. Bu addımlar “artan regional gərginlik” səbəbindən atılıb.

Buna baxmayaraq, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İranla ölkənin nüvə proqramı ilə bağlı danışıqların altıncı raundunu keçirmək niyyətindədir. Görüşün 15 iyun tarixində baş tutması planlaşdırılır.

Mövzuya münasibət bildirən prezident Donald Tramp bəyan edib ki, amerikalıların regionu tərk etməsi tövsiyə olunur, çünki vəziyyət təhlükəli ola bilər. Tramp eyni zamanda təkrarlayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Son həftələrdə Vaşinqton administrasiyası Tehranda nüvə proqramı ilə bağlı danışıqlar davam etsə də, İsrailin İrana qarşı hücum hazırlığı ilə bağlı ciddi narahatlıq keçirib. “Axios” portalının məlumatına görə, Tramp 9 iyun tarixində İsrailin baş naziri Benyamin Netanyahunu bu addımdan çəkindirməyə çalışıb.

“The New York Times” isə mənbələrə istinadən yazır ki, İranın hərbi və siyasi rəhbərliyi İsrailin hücumu halında cavab tədbirlərini müzakirə edib. Məlumata görə, İran artıq cavab planını hazırlayıb. Bu plan yüzlərlə ballistik raketin dərhal İsrail ərazisinə atılmasını nəzərdə tutur.

Eyni zamanda, İranın müdafiə naziri Əziz Nasirzadə çərşənbə günü bəyan edib ki, ABŞ-la müharibə baş verərsə, İran Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarını hədəf alacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR