İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail yenidən HÜCUMA KEÇDİ - Təbriz BOMBALANIR

İsrail İranda yeni hava hücumları həyata keçirib.

Musavat.com xəbər verir ki, hücumlar əsasən Təbriz şəhərinin hava limanını və Şərqi Azərbaycan vilayətində yerləşən təxminən 10 yaşayış məntəqəsini hədəfə alıb.

"Fars" xəbər agentliyinin məlumatına görə, hücumlar nəticəsində azı 3 nəfər həyatını itirib.

Yaralıların və dağıntıların dəqiq sayı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Təbriz İranın strateji əhəmiyyətə malik böyük şəhərlərindən biridir və regionda mühüm nəqliyyat və logistik mərkəz sayılır. Hücumlar həm mülki əhali, həm də infrastruktur baxımından ciddi narahatlıq yaradıb.

Bu zərbələr İsrailin İran ərazisində həyata keçirdiyi son hücumlar dalğasının davamı olaraq qiymətləndirilir və bölgədə gərginliyin daha da artacağından xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR