Onlayn ictimai-siyasi qəzet
İsrail hərbçiləri HƏMAS hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın cəsədini tapıb.
Musavat.com xəbər verir ki, məlumatı İsrail Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, may ayında Qəzza zolağında öldürülən Sinvarın şəxsiyyəti müəyyənləşdirilib.
Nazirliyin açıqlamasına görə, şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra tapılanın həqiqətən Sinvarın qalıqları olduğu təsdiqlənib. Məlumata görə, onun cəsədi anklavın cənubundakı Xan Yunis şəhərindəki Avropa Xəstəxanası kompleksinin altındakı yeraltı tuneldə tapılıb.
Ordu Sinvarın mayın 13-də dəqiq zərbə ilə öldürüldüyünü xatırladıb. Onunla yanaşı, HƏMAS-ın hərbi qanadının Rəfah briqadasının komandiri Məhəmməd Sabaneh də məhv edilib. Mətbuat xidməti əlavə edib ki, Sinvar və Sabanehin gizləndiyi yeraltı tunellərdə aparılan axtarışlar zamanı digər radikalların da qalıqları aşkar edilib, onların şəxsiyyəti hələ də dəqiqləşdirilir.
Musavat.com
09 Iyun 2025
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ