İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu fələstinliləri Qəzzaya qayıtmamaq üçün xəbərdar etdi

İsrail ordusu Fələstin əhalisinə ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Çaxal (İsrail Müdafiə Qüvvələri) Qəzza şəhəri və ətraf bölgələri hələ də təhlükəli hərbi zona hesab edir və əhaliyə geri dönməməyi tövsiyə edib.

Ordunun mətbuat katibi Avihay Adrai ərəb dilində verdiyi açıqlamada bildirib:
“Çaxal qüvvələri hələ də Qəzza şəhərini mühasirəyə alıb və ora qayıtmaq çox təhlükəlidir. Şimal istiqamətində geri dönməkdən və ya Çaxal qüvvələrinin fəaliyyət zonalarına yaxınlaşmaqdan çəkinin”.

Xəbər Fələstin əhalisi arasında narahatlıq yaradıb, təhlükəsizlik məsələləri və humanitar vəziyyət diqqət mərkəzində qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR