İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qumda SEPAH komandirini zərbə ilə öldürdü – Səid İzədi hədəf alındı

İsrailin Müdafiə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin Fələstin üzrə məsul komandiri Səid İzədinin öldürüldüyünü təsdiqləyib.

Musavat.com bildirir ki, rəsmi açıqlamaya görə, 20 iyun tarixində İsrail Hərbi Hava Qüvvələri tərəfindən İranın Qum şəhərində yerləşən yaşayış binasına dəqiq raket zərbəsi endirilib və bu zərbə nəticəsində general Səid İzədi həyatını itirib. İsrail Müdafiə naziri Yoav Katz bildirib ki, əməliyyat konkret İzədinin yaşadığı ünvanı hədəf alıb və məqsədyönlü şəkildə həyata keçirilib.

İsrail tərəfi general Səid İzədini 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə qarşı keçirdiyi hücumların təşkilində mühüm fiqur kimi təqdim edib. Bildirilir ki, İzədi həmin hücumdan əvvəl HƏMAS-a həm maliyyə, həm də silah yardımı göstərib.

Bu hadisə İsrail və İran arasında artan gərginliyin fonunda baş verir. Son günlərdə SEPAH rəhbərliyinə və İranın hərbi infrastrukturlarına qarşı çoxsaylı hədəfli zərbə həyata keçirilib. Ekspertlər bildirirlər ki, Səid İzədinin öldürülməsi regionda vəziyyəti daha da kəskinləşdirə bilər və bu, Tehran tərəfindən cavab hücumları ilə nəticələnə bilər.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR