İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Rəfahda 600 min fələstinli üçün “humanitar şəhər” tikir

Almaniyanın "Spiegel" nəşrinin məlumatına görə, İsrail Misir sərhədinə yaxın yerləşən Rəfah şəhərinin dağıdılmış ərazilərində 600 min fələstinlinin yerləşdirilməsi üçün genişmiqyaslı “humanitar şəhər” inşa etməyi planlaşdırır. Rəsmi Tel-Əviv bu təşəbbüsü "təhlükəsizlik və humanitar ehtiyaclara cavab" kimi təqdim edir.

Musavat.com xəbər verir ki, lakin beynəlxalq tənqidçilər və hüquq müdafiəçiləri bu layihəni ciddi sual altına alaraq, onu “məcburi düşərgə” və ya “müasir konslager” kimi xarakterizə edirlər. Planın detallarına əsasən, düşərgəyə yerləşdirilən şəxslərin oradan sərbəst şəkildə çıxış imkanı olmayacaq. Bu isə həm beynəlxalq hüquq, həm də insan haqları prinsipləri baxımından ciddi narahatlıq doğurur.

Məlumata görə, İsrailin müdafiə naziri düşərgənin tikintisinin 60 gün ərzində tamamlanacağını bildirib. Hüquqşünaslar və ekspertlər hesab edirlər ki, bu cür düşərgə fələstinlilərin daha da izolyasiyaya salınması və məcburi köçürülməsi ilə nəticələnə bilər.

Ekspertlərin fikrincə, bu addım İsrailin bölgədəki siyasətinə qarşı beynəlxalq səviyyədə artan tənqidlərin daha da güclənməsinə səbəb olacaq. Onlar həmçinin xəbərdarlıq edirlər ki, bu cəzasızlıq və sərt yanaşma İsrailin özü üçün də uzunmüddətli mənfi nəticələr doğura bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR