İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və Suriyanı bu dəfə ABŞ bir araya gətirəcək: Üçlü görüşdə əsas müzakirə mövzusu bu olacaq

İyulun 24-də ABŞ, İsrail və Suriyanın yüksək vəzifəli rəsmiləri görüşəcəklər.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb. Bildirilir ki, görüşdə məqsəd Suriyanın cənubundakı vəziyyətlə bağlı təhlükəsizlik anlaşmasına nail olmaqdır.

Bu, ötən həftə Suriyanın cənubundakı Əs-Suveyda şəhərində böhranın başlamasından və İsrailin Dəməşqə hava hücumundan sonra iki tərəf arasında ilk görüş olacaq.

Görüşə ABŞ-ın Suriyadakı səfiri Tom Barak başçılıq edəcək, o, son həftələrdə iki tərəf arasında vasitəçi kimi çıxış etmişdi. Mənbələrin bildirdiyinə görə, İsrail və Suriyadan yüksək səviyyəli rəsmilər də iştirak edəcək.

Görüşdə Suriyanın cənubunda təhlükəsizlik tənzimləmələri və ölkələr arasında ötən həftə baş vermiş böhran kimi böhraların qarşısını almaq üçün İsrail ilə Suriya arasında koordinasiya və kommunikasiyanın artırılmasına diqqət yetiriləcəyi gözlənilir.

İsrailin yüksək rütbəli rəsmisi portala deyib ki, “indi nisbi sakitlik var, lakin əsas məsələlər ABŞ, İsrail və Suriya hökuməti arasında hərtərəfli razılaşmalar olmadan həll olunmayacaq”.

Görüşün harada keçiriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, bundan əvvəlki görüş Bakıda İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi ilə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani arasında olub, onlar razılığa gələ bilməyiblər.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR