Onlayn ictimai-siyasi qəzet
İsrailin xarici işlər naziri Gideon Saar Ukraynaya rəsmi səfərə gedib.
Musavat.com xəbər verir ki, məlumatı İsrailin Kiyevdəki səfiri Mixail Brodski açıqlayıb.
Onun Telegram kanalında yazdığına görə,“proqrama Ukrayna rəhbərliyi və yəhudi icması ilə görüşlər daxildir”.
Maraqlıdır ki, Saarın Ukraynaya səfər planları əvvəlcədən açıqlanmamışdı. Times of Israel-in yazdığına görə, bu, Saarın sələfi, hazırkı energetika naziri Eli Koenin ölkəyə səfər etdiyi 2023-cü ilin fevralından bəri yüksək səviyyəli İsrail rəsmisinin Ukraynaya ilk səfəridir. Bildirilir ki, səfər zamanı İsrailin xarici işlər naziri Ukrayna prezidenti Vladimir Zelenski, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və Ukrayna yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ