İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə meşə yanğınları iki şəhəri boşaltdı- sürücülər maşınlarını yolda qoyub qaçırlar

İsraildə hökm sürən ekstremal istilər nəticəsində genişmiqyaslı meşə yanğınları başlayıb.

Musavat.com xəbər verir ki, İsraildə qeyri-adi yüksək temperatur meşə yanğınlarına səbəb olub və vəziyyət ölkə üçün ciddi təhlükə yaradıb. Artan alovlar səbəbindən iki şəhər tamamilə təxliyə edilib.

Hadisənin miqyası o qədər böyükdür ki, bəzi sürücülər maşınlarını birbaşa yollarda tərk edərək təhlükəli ərazilərdən piyada qaçmağa məcbur qalıblar.

Yanğınsöndürənlər alovu nəzarət altına almaqda çətinlik çəkirlər, güclü külək və quru hava yanğının sürətlə yayılmasına səbəb olur.

Fövqəladə hallar xidməti vəziyyəti “xüsusi riskli” elan edib və əhalini təxliyə planlarına hazır olmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR