İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Bakıdakı səfiri: “Burada özümüzü Paris və Beyrut küçələrindən daha güvəndə hiss edirik”

İsrailin Azərbaycandakı səfiri Corc Dik diplomatik missiyasını başa vurmazdan əvvəl keçirilən mətbuat konfransında mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, həm Azərbaycan-İsrail münasibətləri, həm də regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Səfir qeyd edib ki, Bakıdakı yəhudi icması Avropanın bir çox paytaxtları ilə müqayisədə özünü daha təhlükəsiz hiss edir:

“Bakıda yəhudilərin nə dərəcədə təhlükəsiz hiss etdiklərini görmək mənim üçün xoş bir sürpriz oldu. Onlar özlərini Paris və Beyrutdakı küçələrdən daha güvəndə hiss edirlər. Prezident İlham Əliyev hələ 2019-cu ildə yəhudilərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu vurğulamışdı”.

Corc Dik həmçinin Azərbaycanın mürəkkəb regional geosiyasi mühitdə milli həmrəyliyi qoruyub saxladığını bildirib:

“Azərbaycan Yaxın Şərq ölkələri arasında vasitəçi rolunu oynayır, Avropaya enerji tədarük edir və NATO ilə əməkdaşlıq edir”.

Səfir daha sonra İsrailin İranın regional təsirini zəiflətməsi ilə bağlı fikirlərini açıqlayıb:

“İsrail İranın ballistik raket istehsal imkanlarını demək olar ki, tamamilə sıradan çıxarıb. Həmçinin, İranın regiondakı proksi qruplarına, raket arsenalına və nüvə infrastrukturuna ciddi zərbələr endirilib”.

Corc Dik bəyan edib ki, İsrailin “Hizbullah” və HƏMAS-a qarşı həyata keçirdiyi hücumlar da nəzərə alınmaqla, bu gün dünya, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz daha təhlükəsiz bir məkana çevrilib:

“Zəiflədilmiş İranla daha sabit və təhlükəsiz bir bölgəyə şahidlik edirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR