İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin xəstəxanaya hava hücumu 15 nəfərin həyatına son qoydu- Aralarında jurnalistlər də var

İsrailin Qəzzanın cənubunda yerləşən “Nəsir” xəstəxanasına həyata keçirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər həlak olub. Ölənlər arasında 3 jurnalistin də olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi fələstinli səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, həlak olan jurnalistlərdən biri – operator Husam əl-Məsri “Reuters” agentliyi ilə müqavilə əsasında çalışırdı. Digər əməkdaş – fotoqraf Hatem Xalid isə yaralanıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR