İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə atəşkəs razılaşdırılıb – Tramp və Netanyahu arasında telefon danışığı olub

Musavat.com xəbər verir ki, Amwaj Media İranlı mənbələrə istinadən İsraillə atəşkəs barədə razılaşma əldə olunduğunu bildirib.

Məlumata görə, razılaşmaya əsasən atəşkəs Qüds vaxtı ilə saat 03:30-da qüvvəyə minəcək.

Bu, Azərbaycan vaxtı ilə saat 04:30-a təsadüf edir.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığının baş tutduğu da məlum olub. Danışıqların detalları açıqlanmasa da, atəşkəsin məhz bu təmaslardan sonra gündəmə gəldiyi güman edilir.

Hazırda hər iki tərəfdən rəsmi təsdiq və ya təkzib yoxdur. Regional müşahidəçilər gözlərini bu razılaşmanın reallaşmasına və tərəflərin əməl edib-etməyəcəyinə yönəldib.  

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR