İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul Rusiya və Ukrayna danışıqlarına hazırdır: bu saatda başlayacaq

Ukrayna nümayəndə heyəti danışıqlar üçün bu gün səhər saatlarında İstanbul şəhərinə çatıb.

Musavat.com xəbər verir ki, Rusiya və Ukrayna arasında növbəti təmas bu gün Çırağan sarayında keçiriləcək.

Türkiyənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrin RIA Novostiyə verdiyi məlumata görə, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 14:00) başlayacaq. Danışıqlara Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.

Hazırda Çırağan sarayı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Sarayın qarşısında sakit, amma diqqətli ab-hava müşahidə olunur. Jurnalistlər artıq təhlükəsizlik yoxlamasından sonra əraziyə buraxılıb və tərəflərin gəlişini gözləyirlər.

Görüşün gündəliyi barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin müşahidəçilər danışıqların əsas mövzusunun Ukraynadakı münaqişənin gedişi, Zaporojye AES ətrafındakı vəziyyət və humanitar koridorların açılması olduğunu bildirirlər.

Türkiyə tərəfi danışıqların təşkili ilə bağlı bütün texniki hazırlıqları başa çatdırıb. Rəsmi Ankara bu görüş vasitəsilə hərbi-siyasi gərginliyi azaltmaq və diplomatik həll yollarını sürətləndirmək niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR