İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç xarici ölkədə həbsxana kirayələyir: Milyonlarla avro ödəyəcək

İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsinə dair Estoniya ilə razılığa gəlib.

"İsveçdə məhkum edilmiş təxminən altı yüz məhbus cəzalarını çəkmək üçün Tartu həbsxanasına köçürülə bilər. Bu da İsveçdə həbsxanalardakı həddən artıq sıxlığın azalmasına səbəb olacaq", - ölkənin ədliyyə naziri Qunnar Strommer mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Estoniya ilə əldə olunan razılaşma konkret olaraq Tartu şəhərindəki həbsxanaya aiddir və həmin müəssisə tam şəkildə İsveçin sərəncamına veriləcək.

Həbsxanada 600 məhbusun yerləşə biləcəyi 400 kamera var. Binalar eyni standartlara cavab verəcək və İsveç həbsxanalarındakı kameralarla eyni avadanlıqla təchiz olunacaq.

İsveç hakimiyyəti həbsxanadakı hər yer üçün ayda 8 500 avro (təxminən 16 400 manat - red.) ödəyəcək. Bu isə 600 yer üçün aylıq ümumilikdə 5.1 milyon avro təşkil edir.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR