İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist ürəyindən əməliyyat olundu -foto

“Olaylar” qəzetinin əməkdaşı, parlament müxbiri Alim Hüseynli əməliyyat olunub. Ürəyində yaranmış ciddi narahatlıqlardan sonra bir müddət müalicə alan jurnalistin üzərində daha sonra açıq ürək əməliyyatı həyata keçirilib.

İyulun 21-də əməliyyata götürülən A.Hüseynli bu gün reanimasiyadan palataya köçürülən həmkarımız Musavat.com-a bildirib ki, Yeni Klinikanın ürək-damar cərrahiyəsi şöbəsinin müdiri Mətin Hadızadə tərəfindən həyata keçirilən əməliyyat uğurla nəticələnib.

98 faiz tutulan iki damarının dəyişməsindən sonra jurnalist özünü rahat hiss etdiyini və palata şəraitində müalicə aldığını deyib.

A.Hüseynli Mətin həkim başda olmaqla bütün tibbi heyətə, o cümlədən Yeni Klinikanın rəhbərliyinə təşəkkürünü bildirib və həmkarlarını Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə təbrik edib.

Allah şəfa versin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR