İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Kardaşyanla bağlı ŞOK - 6 ilə BİTİRDİ

Amerikada məşhurlaşan erməni əsilli realiti-şou ulduzu Kim Kardaşyan 6 il davam edən hüquq təhsilini nəhayət başa çatdırıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, normalda 3 il davam edən bu təhsili Kardaşyanın 6 ilə tamamlamağı sosial mediada geniş müzakirələrə səbəb olub və tənqid olunub.

O, məzuniyyət mərasimini bağında keçirib və mərasimin yeganə məzunu özü olub.

Boz kofta, qara mini ətək və bej rəngli məzun papağı geyinən Kardaşyan mərasimdən görüntüləri Instagram hesabında paylaşıb.

Sosial media izləyiciləri isə müxtəlif tənqidi şərhlərlə çıxış ediblər:

“Hüquq fakültəsi 3 il çəkir, sən 6 ilə bitirmisən”

“Sən məzun olmadın, sadəcə çatdın”

“Hər semestrdə cəmi bir dərs almısan?”

“Bu qədər uzun çəkməsi normaldırmı?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR