Onlayn ictimai-siyasi qəzet
Sabah, iyunun 18-də Kiyev Rusiya hərbçilərinin paytaxta endirdiyi kütləvi zərbənin qurbanları üçün matəm günü elan edib.
Musavat.com xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçkonun "Telegram" kanalında məlumat verilib.
Həlak olanların xatirəsinə bütün kommunal binalarda bayraqlar endiriləcək. Dövlət və özəl müəssisələrə də eyni addımı atmaq tövsiyə olunub. Şəhərdə bütün əyləncə tədbirləri qadağan edilib.
Raket hücumundan sonra dağıntıların təmizlənməsi işləri davam edir. Darnıtski rayonunda üç nəfərin həlak olması təsdiqlənib. Kliçkonun sözlərinə görə, axtarış-xilasetmə işləri Solomyanski rayonunda da aparılır. Ümumilikdə xəsarət alanların sayı 114 nəfərə çatıb.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ