İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan yenidən məhkəməyə üz tutdu – Bu dəfə Simonyana qarşı

Robert Köçəryan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı növbəti məhkəmə iddiası qaldırıb.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, o, Simonyanın barəsində sosial şəbəkələrdə yayımladığı, ləyaqət və şərəfini təhqir edən məlumatlara görə təkzib və üzr tələb edir.

Bu, cəmi bir ay ərzində sabiq prezidentin spikeri ikinci dəfə məhkəməyə verməsidir.

İddianın əsasında Alen Simonyanın 10 iyulda sosial şəbəkələrdə paylaşdığı ironiya dolu yazı və video çıxış dayanır. Həmin paylaşımda Simonyan Köçəryanı açıq şəkildə ələ salaraq onun “məhkəmə ilə nüfuzunu bərpa etməyə çalışmasını” istehza ilə qarşılayıb:

“Təsəvvür edin, Robert Köçəryan məni və Nikol Paşinyanı məhkəməyə verib! Məni nə mühafizəçiləri döydü, nə snayperlər vurdu, nə də silahlı daşnaklar parlamentə girib atəş açdı. Sadəcə məhkəməyə gedib. Bu adam hələ də anlamır ki, onun nüfuzunu heç bir məhkəmə dəyişə bilməz...”

Köçəryanın iyun ayında qaldırdığı ilk iddia da Alen Simonyanın 15 may tarixli çıxışındakı fikirlər üzərində qurulmuşdu. Həmin çıxışda erməni spiker sabiq prezidentin mülkiyyəti və korrupsiya ilə bağlı ittihamları dilə gətirmişdi. Bu iddia çərçivəsində Köçəryan Simonyandan həm rəsmi üzr, həm də 9 milyon dram (təxminən 21 min ABŞ dolları) məbləğində təzminat tələb edir.

Robert Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı da iddia qaldırıb. O, Paşinyanın “məhkəmə qərarında Köçəryanın rüşvətxor olduğu göstərilir” fikrini böhtan sayır və buna görə 6 milyon dram (təxminən 15 min 680 min dollar) təzminat tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR