İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiyalı narkotacirlər Trampın ətrafındadır – Petrodan sərt ittiham

Narkotik qaçaqmalçılığı ilə məşğul olan Kolumbiya vətəndaşları ABŞ-da yaşayırlar və Prezident Donald Trampla əlaqələrindən istifadə edərək narkotik yayırlar.

Musavat.com xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro deyib: "Kolumbiyalı sağçı fəallar Mayamidə yaşayırlar, narkotik satırlar, lobbiçiliklə məşğul olurlar və konkret bir məqsədi var. Bu məqsəd Trampdan istifadə etmək, onunla dostluq qurmaqdır".

Bir jurnalistin dövlət başçısının beynəlxalq narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə ABŞ-ın Kolumbiyanın daxili işlərinə mümkün müdaxiləsi barədə sualına cavab olaraq Petro narkotik qaçaqmalçılarının ABŞ-da və Mayami ilə yanaşı, əsasən Nyu-Yorkda yaşadıqlarını təkrarlayıb: "Onlar həmçinin Dubaydadırlar, Romada, Madriddə və digər şəhərlərdə yaşayırlar".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR