Onlayn ictimai-siyasi qəzet
“Paşinyan hakimiyyəti Qərbə inteqrasiya kursu götürsə də, Rusiyanın Altay vilayətinə işgüzar səfər göstərir ki, Ermənistan hələ də Rusiyadan tam qopmağa hazır deyil".
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ermənistanın Fransa və ABŞ ilə hərbi-siyasi yaxınlaşması fonunda, İrəvanın KTMT və MDB tədbirlərindən yayınması faktdır:
“Bununla belə, Ermənistan Kremllə əlaqələrini minimal təmaslar səviyyədə qurmaqla öz maraqlarını qorumağa çalışır. Bu, klassik “balanslaşdırma” siyasətidir...Paşinyanın Altay səfəri ekologiya ilə bağlı olsa da, baş nazir Mixail Mişustinlə görüşün gündəmi tam başqadır. Xüsusən də iqtisadi maraqlar. Ermənistan iqtisadiyyatı hələ də böyük həcmdə Rusiyadan asılıdır enerji, həm diaspor, həm də ticarət baxımından. Seçki öncəsi manevr kimi Paşinyan bu əlaqələri qorumağa çalışır və elektorata göstərir ki, maddi problemlərin həlli xalq üçün önəm kəsb edən məsələdir.
Ən çətin problemlərdən biri sanksiyalardan yayınmadır, çünki Ermənistanın Rusiyaya tətbiq olunan sanksiya mallarını ötürməkdə bir “tranzit ölkə” kimi tanınır və bu məsələ də müzakirə obyekti ola bilər”.
Paşinyanın Rusiya səfərini zəruri edən digər məsələlərdən bəhs edən A.Nağıyev bildirib ki, Əbu-Dabidə keçirilən vasitəçisiz Azərbaycan-Ermənistan danışıqları Rusiyanı razı sala bilməzdi və buna görə də Rusiya Ermənistanın baş nazirinin Qərbə yaxınlaşmasını bu formatla zəiflətməyə çalışa bilər:
“Təbii ki, Paşinyan bu səfərində müəyyən razılığa gəlsə, Rusiya Azərbaycanla münasibətlərdə qeyri-müəyyənlik yaratmağa cəhd edəcək. O mənada bu səfər Paşinyanın fürsətçiliyini də ortaya qoyur. Rusiya ilə Azərbaycan arasında yaranmış gərginlik müəyyən soyuqluq fonunda Paşinyan Moskva ilə yarana biləcək müvəqqəti razılıqla Qərbə təzyiq aləti, həm də Azərbaycana qarşı diplomatik üstünlük əldə etməyə çalışır.
Məhz bununla da Rusiya ilə yeni iqtisadi mexanizmlər yaradıla bilər, təbii ki, bu da formal xarakterli və az ömürlü ola bilər.
Qeyd etmək lazımdır ki, Rusiya tərəfindən əsas məqsədlərdən biri də Ermənistanın Qərbə daha da yaxınlaşmasının qarşısını almaqdır. Əbu-Dabi görüşünün Kremlə ciddi təsir etdiyi aydın görünür. Kremlin bununla bağlı müəyyən pozucu addımları atılması mümkündür. Əgər Paşinyan Rusiyanın istədiyi bəzi mövqelərlə bağlı razılaşmaya getsə, bu, regionda sülhün bərqərar olmasına mənfi təsir edəcək. O halda Rusiya özünə xeyir gətirə biləcək addımlar atacaq və təbii ki, nəticədə balans pozula bilər”.
Parlamentin komitə sədrinin qənaətinə görə, bu səfər ümumiyyətlə, ekologiya pərdəsi altında siyasi və iqtisadi təhlil-lobbi görüşüdür. Paşinyan müəyyən riskləri azaltmaq üçün manevrlər edir və Kremllə bunun nə ilə nəticələnə biləcəyini götür - qoy edir. Təbii ki, Rusiya da bu oyunu görür və daha çox öhdəlik istəyir. Paşinyan başa düşür ki, seçkilərin taleyində Rusiya ciddi oyunçudur və bu səfərin də əhəmiyyəti çox vacibdir...
Azərbaycan bütün bu prosesləri izləyir və müstəqil daxili və xarici siyasətində korrektələri də ona qarşı aparılan istənilən siyasətə uyğun olaraq korrektə edir...”
E.Paşasoy,
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ