Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, məşhur rusdilli YouTube kanalı @DailyTVEurope “КРЕМЛЬ ПРОТИВ ГРАЖДАН АЗЕРБАЙДЖАНА. ВЫЗОВ АЛИЕВУ. БЕСЕДА С ЧИНГИЗОМ МАМЕДОВЫМ.” başlıqlı buraxılışında tanınmış siyasi tədqiqatçı Çingiz Məmmədovla geniş söhbət yayımlayıb.
Verilişdə Çingiz Məmmədov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən amansız polis əməliyyatını kəskin şəkildə tənqid edib. O, hadisələri yalnız indiki situasiya ilə məhdudlaşdırmayaraq, son 200 illik Rusiya-Azərbaycan münasibətlərinin tarixi kontekstini də analiz edib. Məmmədov həmçinin son 40 ildə Moskva-Bakı xəttində formalaşmış əsas gərginlik məqamlarını xatırladaraq, bunun həm siyasi, həm də milli aspektlərdən doğurduğu təhlükələrə diqqət çəkib.
Çingiz Məmmədov bu çıxışında Kreml tərəfindən Azərbaycana və şəxsən Prezident İlham Əliyevə yönəlmiş yeni təzyiq elementlərinə də toxunub, bunu Yekaterinburq olayları ilə yanaşı daha geniş geosiyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirib.
Arayış üçün bildirək ki, Çingiz Məmmədov (Firudinoğlu) Milli Azadlıq Hərəkatının fəal və tanınmış simalarından olub, qeyri - formal və iki dildə çıxan "Vətən" qəzetinin qurucusu kimi media tarixinə adını yazdırıb. Müxtəlif beynəlxalq təşkilatlarda yüksək məqamlar tutub. O, siyasi tədqiqatçı, Vudro Vilson adına Alimlərin Beynəlxalq Tədqiqat Mərkəzinin məzunudur.
Musavat.com oxucularına həmin verilişi izləməyi tövsiyə edir və bildirir ki, rus dilini bilənlər üçün bu proqram vacib analitik mənbə rolunu oynaya bilər.
Musavat.com
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ