Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov İsrail və İran arasında mümkün sülh danışıqları ilə bağlı Moskvanın mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya zərurət yaranacağı halda tərəflər arasında vasitəçilik etməyə hazırdır.
"Bildiyiniz kimi, Rusiya tərəfi, xüsusilə də Prezident Putin, lazım gələrsə, vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu bildirib. Ancaq hazırda biz, ən azından İsrail tərəfindən belə vasitəçilik təkliflərinə maraq və ümumiyyətlə, münaqişənin sülh yolu ilə nizamlanmasına meyl görmürük. Biz sadəcə bu faktı qeyd edirik", – deyə Peskov jurnalistlərə bildirib.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ