İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Trampın ultimatumunu özünəməxsus izah etdi: “Vaşinqton artıq Ukrayna məsələsinin mürəkkəbliyini anlayır”  

 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın son açıqlamalarını şərh edərək, Vaşinqtonun Ukrayna münaqişəsinin həllinin mürəkkəbliyini anlamağa başladığını bildirib.

Musavat.com xəbər verir ki, Peskov Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş sonuncu danışığı “praqmatik və işgüzar dialoq” adlandırıb:
“Bu, mövqelərində qəti olan, lakin bir-birini dinləməyə hazır olan iki liderin söhbəti idi”, – deyə o qeyd edib.

Trampın son açıqlamasında Ukraynaya yardımı 50 gün gecikdirməsini və bunun Putinə “fürsət pəncərəsi” açdığını deməsi Kreml tərəfindən “siyasi ritorika” kimi dəyərləndirilib.

Dmitri Peskov, həmçinin, Tramp və Putin arasında görüşün gələcəkdə baş tuta biləcəyini istisna etməyib:

“Bu görüş zəruri ola bilər – xüsusilə də qarşıda görüləcək böyük işin nəticələrinin rəsmiləşdirilməsi üçün”, – deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR