Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Financial Times”ın sensasion iddiasına görə, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak 2022-ci il fevralın 24-də – müharibənin ilk saatlarında Ukrayna Prezident Ofisinə zəng edib.
Telefonun digər ucunda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak olub. Məqalədə deyilir ki, Kozak Yermaka “Zelenskini təslim olmağa razı salmağı” təklif edib və əks halda “Rusiya ordusunun tam gücü ilə üzləşəcəklərini” bildirib.
Lakin Yermak bu təklifə kobud şəkildə cavab verib: "rədd ol"
"Financial Times" bu dialoqu yüksək vəzifəli mənbələrə əsaslanaraq təqdim edib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ