Onlayn ictimai-siyasi qəzet
Rusiya Zəngəzur dəhlizi məsələsində neytrallığını bir daha bəyan edib.
Musavat.com xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu məsələ Ermənistan və Azərbaycanın suveren qərarına aid olan bir mövzudur.
“Rusiya Ermənistanla Azərbaycanın apardığı danışıqları hər cəhətdən dəstəkləyir,” – deyə Peskov vurğulayıb.
Bu açıqlama Moskvanın Zəngəzur dəhlizi ilə bağlı birbaşa müdaxilə niyyəti olmadığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, Kremlin bu bəyanatı regional sabitlik baxımından Bakı-İrəvan dialoquna önəm verdiyini göstərir.
Qeyd edək ki, Zəngəzur dəhlizi mövzusu son aylar yenidən regional gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ