Onlayn ictimai-siyasi qəzet
"Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin və ləyaqətsiz olduğunu göstərir. Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurətlə idarə olunur".
Musavat.com bildirir ki, bu barədə tele-tənqidçi, professor Qulu Məhərrəmli deyib.
Q.Məhərrəmli Kremlin Qusmana qarşı atdığı ədalətsiz addımı əsl namərdlik adlandırıb:
"Azərbaycan sevdalısı Mixail Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, "Hakimiyyət formulu" verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın Əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır.
O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. 44 günlük müharibə zamanı Mixail Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.
Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlikdir. İnşallah, bu nifrət, qərəz, kin-küdurət və qisas çanağının Putinin öz başında sınacağına az qalıb".
Xalidə Gəray
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ