Onlayn ictimai-siyasi qəzet
Kürdəmirdə qətl hadisəsi törədilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətlin başvermə səbəbləri araşdırılır.
ŞƏRHLƏRŞƏRH YAZ