Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ senatoru Marko Rubio ilə xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı açıqlama yayıb.
Məlumata görə, danışıq zamanı senator Rubio ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin tez bir zamanda dayandırılması istiqamətində qətiyyətini vurğulayıb.
Rusiya XİN-in məlumatında deyilir ki, Lavrov söhbət zamanı Rusiyanın İstanbulda Ukrayna ilə keçirilməsi planlaşdırılan növbəti birbaşa danışıqlar raundu üçün konkret təkliflər hazırladığını senatora çatdırıb.
Qeyd edək ki, bu açıqlama Moskvanın Ukrayna ilə vasitəsiz danışıqlara hazır olduğuna və diplomatik həll yollarını gündəmdə saxladığına işarə edir. Rusiya və ABŞ arasında bu mövzuda gedən diplomatik təmaslar, Tramp administrasiyasının Ukrayna müharibəsini dayandırmaq istiqamətində yeni diplomatik manevrlərə başlaya biləcəyini göstərir.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ