İnsanlara hürriyət, millətlərə istiqlal!

Los-Ancelesdə etirazlar şiddətlənir: hakimiyyət ordu yeritməyi planlaşdırır

ABŞ-ın Los-Anceles şəhərində baş verən etirazlar getdikcə daha da geniş vüsət alır.

Musavat.com xəbər verir ki, etirazçılar Meksika bayraqları ilə küçələrə axışaraq avtomobilləri yandırır, polis sədlərini yarmağa cəhd edirlər və şəhərdə geniş miqyaslı iğtişaşlara səbəb olublar.

Hazırda şəhərdə təhlükəsizlik vəziyyəti kritik həddə çatıb. Hakimiyyət nümayəndələri vəziyyətə nəzarəti saxlamaq üçün müxtəlif səviyyələrdə tədbirlər görür. MQ-9 Reaper tipli pilotsuz uçuş aparatları və Black Hawk hərbi helikopterləri şəhər üzərində patrul uçuşlarına başlayıb. Bu, həm etirazçıların hərəkət trayektoriyalarını izləmək, həm də mümkün təhlükəli məqamların qarşısını vaxtında almaq məqsədi daşıyır.

Ştat rəhbərliyi artıq federal hökumətlə məsləhətləşmələrə başlayıb. İddialara görə, milli qvardiyanın bölmələrinin və 500 nəfərlik dəniz piyadası kontingentinin şəhərə yeridilməsi məsələsi aktiv şəkildə müzakirə olunur. Bu qüvvələrin əsas məqsədi iğtişaşların qarşısını almaq, ictimai asayişi bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək olacaq.

Eyni zamanda hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejiminə keçib. Polis əməkdaşları şəhərin strateji nöqtələrinə yerləşdirilib, bəzi ərazilərdə komendant saatı tətbiq oluna biləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR