İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Aİ-ni məhkəməyə verir: Ukraynaya hərbi yardıma görə

Macarıstan Avropa İttifaqı Şurası və Avropa Sülh Fonduna qarşı məhkəmə iddiası qaldırıb.

Musavat.com xəbər verir ki, məlumatı hökumətə yaxın olan “Magyar Nemzet” qəzeti yayıb.

Bildirilir ki, iddia Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə etmək qərarına qarşıdır.

Qəzetin yazdığına görə, iddia iyunda Aİ Məhkəməsinə göndərilib, avqustun 25-də isə baxılmaq üçün qəbul edilib. Budapeşt hesab edir ki, Aİ Şurasının və Avropa Sülh Fondunun rəhbərliyinin qərarı qanunsuz olub, çünki bu, Macarıstanın rəyi nəzərə alınmadan qəbul edilib. Söhbət 2025-ci ilin fevralında Brüsselin qəbul etdiyi qərardan gedir. Həmin qərara görə, bloklanmış Rusiya aktivlərinin idarə olunmasından əldə edilən xalis mənfəətin 99,7 faizi Ukraynaya hər il 3-5 milyard avro həcmində hərbi dəstək üçün davamlı maliyyələşməni təmin etməklə Avropa Sülh Fonduna göndəriləcək.

İddiaya baxılma tarixi hələ müəyyən edilməyib. “Magyar Nemzet” qeyd edir ki, bu iş illərlə uzana bilər. Bu arada, nəşrin hesablamalarına görə, Ukraynaya hərbi yardım göstərmək üçün Avropa Sülh Fondundan artıq 11 milyard avro ayrılıb.

Qeyd edək ki, Macarıstanın Rusiya maraqları naminə Aİ siyasətinə zidd addımlarına görə Brüssel onun Aİ qərarlarının qəbulunda iştirakını məhdudlaşdırmağa hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR