İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: Avropa Ukraynaya təhlükəsizlik zəmanətləri verəcək

Musavat.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş zamanı açıqlama verib.

Makron bildirib ki, Avropa ilk dəfə olaraq bu qədər intensiv şəkildə Ukrayna və onun vətəndaşlarının təhlükəsizliyinə zəmanət vermək öhdəliyini üzərinə götürür:

“Avropalılar Ukraynaya təhlükəsizlik təminatları ilə bağlı geniş hazırlıq işlərini başa çatdırıblar. İndi əsas məsələ Rusiyanın səmimiyyətini və öhdəliklərinin ardıcıllığını anlamaqdır”.

Zelenski isə cavabında qeyd edib ki, hələlik Rusiyadan sülhə hazır olduqlarına dair heç bir siqnal yoxdur. Onun sözlərinə görə, Fransa və digər ölkələr sülhə çalışırlar, lakin Moskva müharibəni bitirmək istəmir. Ukrayna lideri əmin olduğunu bildirib ki, Avropa və ABŞ-ın birliyi Rusiyaya təzyiqi artıracaq və diplomatik həll yoluna gətirib çıxaracaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR