Onlayn ictimai-siyasi qəzet
Prezident Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenskiyə Fransanın dəstəyini və korrupsiya ilə mübarizəyə dair müzakirələrin aparılacağını vəd edib.
Musavat.com xəbər verir ki, Makron bazar günü ukraynalı həmkarı ilə keçirilən söhbətdən sonra “X” sosial şəbəkəsində yazıb.
“Mən Fransanın dəstəyini təsdiqlədim. Ukraynaya yardımı artırmağa və Rusiyaya təzyiqi gücləndirməyə davam edəcəyik”, - deyə o bildirib.
Makron əlavə edib ki, “müharibəyə baxmayaraq, Ukrayna dinamik demokratiya olaraq qalır və Avropa yolunda irəliləmək niyyətindədir”.
“Le Figaro” qəzeti isə Makron və Zelenskinin söhbətini şərh edərək bildirir ki, Ukrayna prezidenti iki antikorrupsiya orqanının (Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu) müstəqilliyini faktiki olaraq məhdudlaşdıran, onları birbaşa Baş Prokurora tabe edən qanunu qəbul etməklə ciddi narazılıq yaradıb.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ