Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti Fələstin dövlətinin tanınması və İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsi ilə bağlı bəyanatlarından sonra Fransaya qarşı hücuma keçib.
Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun açıqlamaları belədir: “Əgər Qəzzanı tərk etsək, İsrailin istədiyini edə biləcəyini qəbul etsək, hətta terror hücumlarını pisləsək belə, dünyanın qalan hissəsində etibarımızı itirəcəyik”.
İsrail Xarici İşlər Nazirliyi Makronun “yəhudi dövlətinə qarşı səlib yürüşü” etdiyini bildirib və cavab olaraq İordan çayının qərb sahilini işğal etməklə hədələyib.
Sinqapurda təmaslarını davam etdirən Makron isə bu ittihama belə cavab verib: "Biz ikili standartlar siyasətini rədd edirik. Ona görə də mən hesab edirəm ki, hazırkı kontekstdə ardıcıl olmaq, prinsiplərimizə və qaydalarımıza sadiq qalmaq çox vacibdir. Çünki burada söz mövzusu dünya nizamı və təhlükə altında olan bu dünya nizamını qoruyub saxlamaqda bizim etibarlılığımızdır".
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ