İnsanlara hürriyət, millətlərə istiqlal!

Marsdan gələn sərvət: Görün neçəyə SATILDI

Mars mənşəli ən böyük meteorit Nyu-Yorkda keçirilən hərracda rekord məbləğə, 5,3 milyon dollara satılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Sotheby’s hərrac evinin saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "NWA 16788" (meteoritin adı) qırmızımtıl-qəhvəyi ərinti qabığı ilə örtülüb ki, bu da ona Marsa xas xarakterik görünüş verir. Meteoritin səthində, Yer atmosferinə sürətlə daxil olarkən qızmanın təsiri ilə yaranmış çökəkliklər də görünür.

Məlumata görə, 24 kiloqramlıq bu daş ölçüsünə görə Mars mənşəli növbəti ən böyük meteoritdən təxminən 70% böyükdür. Güman edilir ki, o, asteroidin toqquşması nəticəsində Qırmızı planetin səthindən qopub və bu zaman bir hissəsi şüşəyə çevrilib.

"The Washington Post" qəzetinin yazdığına görə, bu, dünyanın ən bahalı meteoritidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR