İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Trampın qanun layihəsini "iyrənc rüsvayçılıq" adlandırdı – Ağ Evdə şok


ABŞ Prezidenti Donald Tramp ilə texnologiya milyarderi İlon Mask arasında gərginlik yaşanır.

Musavat.com xəbər verir ki, Axios portalının mənbələrinə əsasən, Tramp Maskın onun təşəbbüsü ilə hazırlanan qanun layihəsini “iyrənc rüsvayçılıq” adlandırmasına görə “qəzəblənib” və bu davranışı “sabotaj” kimi qiymətləndirib.

Maskın sərt reaksiyası Trampın komandasında da təəccüb doğurub. Məlumata görə, bu hadisə ABŞ liderinin komandasını “şoka salıb”.

Buna baxmayaraq, portal qeyd edir ki, Tramp və Mask şəxsi münasibətlərində hələ də “dost və müttəfiq” olaraq qalırlar.

Axios-un məlumatına görə, Maskın bu tənqidə əl atmasına bir neçə “qırılma nöqtəsi” səbəb olub. Onlardan biri Ağ Evin rəsmilərinin Maskın dövlət vəzifəsində qalmasına icazə verməməsi olub – bu vəzifə müddəti əvvəlcədən müəyyən edilmiş 130 günlə məhdudlaşdırılıb.

Mənbələrin bildirdiyinə görə, Mask üçün “son damla” Trampın şənbə günü gözlənilmədən NASA rəhbəri vəzifəsinə Maskın yaxın müttəfiqi, Cared Ayzekmanın namizədliyini geri çəkməsi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR