Onlayn ictimai-siyasi qəzet
Amerikalı seçicilərin yalnız 27%-i sahibkar İlon Maskın ABŞ-da yeni siyasi partiya yaratmaq qərarını dəstəkləyir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edir.
Bununla yanaşı, respondentlərin 48%-i amerikalı milyarderin təşəbbüsünü səhv hesab edir. Respondentlərin daha 25%-i bu suala cavab verməyib.
Onu da qeyd edək ki, ABŞ-nin yaranışından bəri ölkəni yalnız iki partiya - Demokratlar və Respublikaçılar partiyaları idarə edir. Ölkədə çoxsaylı başqa partiyalar olsa da, heç biri federal səviyyədə uğur qazana bilmir, hətta 50 ştatın əllisində də seçki yarışması məhz respublikaçılarla demokratların arasında gedir.
Ona görə də İlon Maskın ABŞ-də meydana yeni – üçüncü partiya çıxarmaq təşəbbüsünün mühafizəkar amerikalıların təpkisi ilə üzləşməsi təbiidir.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ